Türkiyə konsulluğuna hücum edildi

Türkiyə konsulluğuna hücum edildi
Загрузка...
 Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş konsulluğuna "Molotov kokteylləri” atılıb. "Qafqazinfo” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, naməlum şəxslər hücumu yerli vaxtla 02:51-də həyata keçiriblər.
Baş konsul Asiyə Nurcan İpəkçi binaya ziyan dəymədiyini bildirib: "İki "Molotov kokteyi” atılıb. Onlardan biri yanmayıb, digəri isə dəmir arakəsməyə dəyərək sönüb. Hadisə ilə əlaqədar 3 gənc saxlanılıb. Lakin, onlarla bağlı detallı məlumat verilməyib. Yaxın günlərdə məsələnin aydınlanacağını düşünürük”.
Qeyd edək ki, son 2,5 ildə Sürixdəki Baş konsulluğa 6 dəfə hücum edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti