Türkiyə 29 Azərbaycan vətəndaşı olan İŞİD döyüşçüsünü deportasiya edəcək

Türkiyə 29 Azərbaycan vətəndaşı olan İŞİD döyüşçüsünü deportasiya edəcək
Загрузка...
Xarici vətəndaşlığa sahib döyüşçülər göndərmə məntəqələrində saxlanılır Suriya münaqişəsində İslam Dövləti (İŞİD) tərəfdarı olaraq savaşmış 29 azərbaycanlı Türkiyədən deportasiya ediləcək,- "Hürriyət” məlumat verib. Xəbərdə qeyd edilir ki, geri göndəriləcək xarici vətəndaşlığa sahib İŞİD döyüşçüləri göndərmə məntəqələrində saxlanılırlar.
Deportasiya siyahısında Rusiyadan 99, Almaniyadan 17, Hollandiyadan 3, Fransada 2, ABŞ-dan 2 nəfərin adının olduğu bildirilir. Siyahıda olan bir nəfərin vətənsiz olduğu qeyd edilir. Türkiyə xarici vətəndaşlığa sahib İŞİD döyüşçülərini ölkələrinə göndərməyə başlarkən, geri göndərmə mərkəzindəki 959 İŞİD döyüşçüsünün 147-sinin kiçik yaşlı uşaq olduğu qeyd edilir. Uşaqların ana və atalarının Suriyadakı qarşıdurmalarda öldürüldüyü və ya itkin düşdüyü bildirilir.
Türkiyə ölkədə saxlanılan İŞİD döyüşçülərinin deportasiyasına keçən ay Suriyanın şimal-şərqində başlatdığı hücum əməliyyatı qərb dövlətləri tərəfindən qınandıqdan sonra əldə olunmuş atəşkəs sazişinə əsasən YPG kürd döyüşçülərinin Ankaranın qurmaq istədiyi "təhlükəsiz bölgə”-dən çıxarılması problemi olduqdan sonra başlayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti