“Transparency İnternatiol” Azərbaycanı korrupsiyalaşmış ölkələr siyahısında saxlayıb

“Transparency İnternatiol” Azərbaycanı korrupsiyalaşmış ölkələr siyahısında saxlayıb
Загрузка...
 "Göstəricilər yaxşılaşsa da, Azərbaycan reytinqdə geri qalır”
"Transparency International” beynəlxalq qeyri-hökumət təşkilatı dünyanın 180 ölkəsində korrupsiyanın səviyyəsini təhlil edən illik araşdırmasını dərc edib. "Turan” İnformasiya Agentliyinin məlumatın görə, 2019-cu ildə liderlər qrupunda əvvəlki kimi Yeni Zelandiya və Danimarka (hər biri 87 xal) birinci yerdədirlər.
Onların ardınca Finlandiya (86 xal) gəlir. Onlar korrupsiyalaşmayan ölkələr kimi tanınırlar. MDB ölkələri arasında Ermənistan 77-ci (42 bal), Gürcüstan 44-cü (56 bal) yeri tutub. Azərbaycan 2018-ci illə müqayisədə göstəricilərini yaxşılaşdırsa da 30 balla 126-cı yerdədir. Reytinqin sonunda Suriya (13 bal), Cənubi Sudan (12 bal) və Somali (9 bal) yer alıb.

Xəbər lenti