Tovuzlu sahibkarlar "rəis bizdən pul almır" dedi - Polislər iddialara reaksiya verməyə tələsmirlər...

 Tovuzlu sahibkarlar
Загрузка...
Gecələr hər kəs öz ailəsi ilə tam sərbəst hara istəsə, ora da gedə bilir - tovuzlu sahibkarlar; 
Tovuz rayon polis şöbəsinin rəisi Şirzad Əsgərov barəsində iddialara 8 yerli sahibkarlar münasibət bildirib. Nəzərə alsaq ki, Tovuz rayonunda sahibkarların sayı 8 deyil, yüzlərlə sahibkar var. Ona görə də, müraciət müəliflərinin fikri rayonun bütün sahibkarlarının mövqeyi hesab oluna bilməz. Lakin Criminal.az olaraq bir qrup tovuzlu sahibkarların bəzi saytlara göndərdikləri müraciəti təqdim edirik:
"Tovuz Rayon Polis Şöbəsinin rəisinin haqqında haqsız yerə yazılmış şər və böhtanla razı deyilik. Tovuz rayonunda fəaliyyət göstərən bir qrup sahibkar və iş adamı olaraq biz - Hüseynov Adil Rəşid oğlu, Əliyev Heydər Əli oğlu, Hüseynov Elçin Müzəffər oğlu, Əhmədov Murad Vahid oğlu, Fəttahov Fizuli oğlu, Əsgərova Şəfiqə Mikayıl qızı, Tağıyev Mehman Binnət oğlu, Abbasov Mikayıl Mövsüm oğlu - bildirmək istəyirik ki, Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov heç bir sahibkardan və iş adamından ev tikilməsi və başqa xərclər üçün pul tələb etmir. Yazılanlara qarşı biz tovuzlular öz etirazımızı bildiririk”. 

Müraciət müəllifləri qeyd edirlər ki, Şirzad Əsgərov rayon polis şöbəsinin rəisi təyin olunandan sonra rayonda vəziyyət dəyişib: "Rayonumuzda kriminogen vəziyyət demək olar ki, yox səviyyəsindədir, vətəndaşların polis şöbəsində süründürməçiliyi yox səviyyəsindədir. Polislərlə vətəndaşlar arasında çox ciddi və isti münasibət var. Rayonumuzda gecələr hər kəs öz ailəsi ilə tam sərbəst hara istəsə, ora da gedə bilir. Tovuz Rayon Polis Şöbəsində olan nizam-intizam da göz qabağındadır. Dəfələrlə şahidi olmuşuq ki, polis şöbəsində olan işlərə Şirzad Əsgərovun rəhbərliyi altında ədalətli və humanist qərarlar verilir. Əgər bu şər-böhtanın doğru olub-olmamasını gözlərinizlə görmək istəyirsinizsə, buyurub, rayonumuzda canlı olaraq çəkilişlər apararaq sorğu keçirin. O zaman gerçək üzə çıxacaq”.
Criminal.az-a daxil olan məlumatda isə iddia polis rəisinin tikdiyi villada görə yerli sahibkarlarla yanaşı, polis əməkdaşlarından da pul yığılmasından söhbət açılırdı. Sahibkarlar bu iddiaları təkzib etsələr də, polislər susqunluq nümayiş etdirirlər. Polislər münasibət bildirəcəyi təqdirdə, həmin açıqlamanı da təqdim edəcəyik. Xatırladaq ki, bir neçə gün əvvəl Criminal.az saytında Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovun villa tikdirmək üçün sahibkarlardan və polis əməkdaşlarından pul yığıması ilə bağlı yazı dərc olunub. Saytın elektron ünvanına sahibkar tərəfindən göndərilən məktubdan sitat: "'Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki rəisin evi tikilib qurtarsa rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır". 

Şikayətlə bağlı Ş.Əsgərovun Criminal.az saytına açıqlamasında iddiaları təkzib etmişdi: "İlk olaraq deyim ki, mən villa tikdirmirəm və sahibkarlardan pul yığımıram. Əgər ev tikdirsəm belə sahibkarlardan pul yığmaram. Kimsə gəlib desin ki, Şirzad Əsgərov ondan bir qəpik alıb, bir kisə sement istəyib. Nə vaxtsa ev tikdirsəm belə ona görə kimisə incitmərəm, ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?". 
Daha sonra vəkil vasitəsilə sayta məktub göndərərək yazının təkzib edilməyəcəyi halda, Ş.Əsgərovun hüquqlarını müdafiə etmək üçün həm xüsusi ittiham qaydasında şikayətlə, həm də müvafiq mülki iddia ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı mesaj verilib. 
Загрузка...
Загрузка...

Xəbər lenti