Tovuzda oğulun atanı çəkiclə öldürməsinin təfərrüatları - “RASİM ÇOBANDIR, QARABAĞDA KONTUZİYA ALMIŞDI...”

Tovuzda oğulun atanı çəkiclə öldürməsinin təfərrüatları - “RASİM ÇOBANDIR, QARABAĞDA KONTUZİYA ALMIŞDI...”
Загрузка...
Dünən axşam saatlarında Tovuz rayonunun Aşağı Quşçu kəndində qətl hadisəsi baş verib. Kənd sakini 49 yaşlı Rasim Məsimov doğma atası Müzəffər Məsimovun baş nahiyəsinə çəkiclə vuraraq öldürüb. Qətlin bəzi təfərrüatları məlum olub. Ata-oğul çobanlıq ediblər. Kənd sakinləri, qohumları əvvəllər onların arasında hər hansı münaqişənin şahidi olmayıblar.
Tovuz rayonu Aşağı Quşçu kənd sakinlərindən virtualaz.org-a danışıblar ki, ata-oğul arasında ailədaxili münasibətlər normal olub. Məsimovlar ailəsi uzun illər Kür çayının kənarındakı fermada yaşayıblar. "Rasim Qarabağ döyüşlərində iştirak edib, kontuziya alıb. Psixoloji problemləri olub, ailə qurmayıb, atasının himayəsində yaşayıb. Hadisə baş verən gün təqaüd kartına görə ata-oğul arasında mübahisə düşüb. Rasim də qoca atasını çəkiclə vurub öldürüb”- kənd sakinləri bildiriblər.
Sakinlərdən biri deyib ki, R.Məsimov hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Tovuz Rayon Polis Şöbəsinə aparılıb. Bu gün səhər isə onun buraxılması ilə bağlı kəndə xəbər yayılıb.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Tovuz rayon prokurorluğundan R.Məsimovun buraxılması ilə bağlı xəbəri təkzib ediblər.
Загрузка...
Загрузка...

Xəbər lenti