Tovuzda 10 yaşlı Nərmin müəmması: ailənin güzəranı son 2 ildə kəskin dəyişib - “YAXŞI ELƏYİB ALMIŞAM. EVİMƏ NƏSƏ ALMALI DEYİLƏM?!...”

01 Dekabr 2021, 00:32
01 Dekabr
2021
00:32
1324
Tovuz rayonunun Dondar Quşçu kəndində iki il öncə itkin düşüb, 47 gün sonra yandırılmış meyiti tapılan 10-yaşlı Nərmin Quliyevanı son görən qohumları əmisi oğlanları olub. Onlardan biri - Qorxmaz Quliyev noyabrın 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dindirilib.
24-yaşlı Quliyev özü Gəncədə yaşayır. Deyir ki, başqa bir əmisi qızının toyuna görə kəndə gəlmişdi və Lətif əmisigildə qalırdı. Hadisə günü də Nərmin günorta saat 14:00 radələrində qapı qonşu olan Arif əmisigilə gəlib, atasının göndərdiyi gödəkcəni təhvil verib. Oradan Lətif əmisigilə keçib başqa bir gödəkcəni istəyib. Atası onu geyinib, həmin gün qardaşı qızının toy axşamına getməliymiş: "Nərmin gələndə evdə olan nənəm də, əmim Lətif də yatmışdı. Qapının ağzında dayandı. Əmim oğlu Ayxanla sinif yoldaşı idi. Ayxandan soruşdu ki, niyə dərsə gəlməmişdin? Ayxan həmin gün yatıb qalmışdı. Ayxan hamamdan gödəkcəni götürüb ona verdi. Nərmin gödəkcəni qoymaq üçün torba verməyimizi gözləmədən çıxıb getdi".
Quliyevin sözlərinə görə, təxminən 1 saat sonra Nərminin böyük bacısı Şəbnəm gəlib, bacısının evə qayıtmadığını deyib. Əmisigildə olmadığına əmin olandan sonra çıxıb gedib.
Baxmayaraq ki, uşaqdan xəbər çıxmamışdı, axşam saat 18:00 radələrində Nərminin atası Şərif Quliyev qardaşıgilə gəlib. Bütün qohumlar toplaşıb qonşu kəndə "ciyəraxşamı"na gediblər. Vəkillər maraqlanıb ki, axşam ora gedəndə uşağın atasının əynində gödəkcə var idimi? Axı Nərminin əmisigildən gətirəcəyi gödəkcəni geyinib getməliydi.

Şahid Qorxmaz Quliyev deyib ki, həmin gün Şərif əmisinin nə geyindiyinə fikir verməyib.
Vəkillər bildirib ki, bu şahidin məhkəmədə dedikləri ilə istintaqa ifadəsi arasında kəskin ziddiyyətlər var. Ona görə də həmin ifadə elan olunmalı, Quliyev fərqli ifadə verməsinin səbəblərinə aydınlıq gətirməlidir.
Noyabrın 30-da keçiriləcək növbəti məhkəmə iclasında həm Qorxmaz Quliyev, həm də başqa qohumlar dindiriləcək. Dondar Quşçu kəndinin sakinləri noyabrın 24-də yenə Gəncə Ağır Cinayətlər Məhkəməsinin önünə toplaşıblar. Onlar azyaşlının ölümündə suçlanan kənd sakini İlkin Süleymanova azadlıq tələb ediblər.
"İlkinin günahsız olduğuna adımız kimi əminik. Yoxsa 1 500 nəfər kənd sakini öz imzasıyla, şəxsiyyət vəsiqəsinin nömrəsiylə prezidentə məktub yazıb bu məsuliyyətin altına girməzdi", – kənd sakini Validə Əliyeva AzadlıqRadiosuna belə deyib.
Cinayət işinin materiallarında iddia olunur ki, Süleymanov 2019-cu il noyabrın 21-dən yanvarın 6-na qədər Nərmini həyətlərindəki ikinci evdə saxlayıb.
Kənd sakini Əliyeva isə deyir ki, İlkin dekabrın 17-də Tovuzda "Fidan" restoranında səhərdən axşama qədər onun əmisi oğlunun toyunda pul siyahısı yazıb: "Bir gün əvvəl də toy axşamı idi, orada da olub. Yandırılmış meyit tapılan gün səhər İlkin Gəncədə yas mərasimində olub".
Təqsirləndirilən Süleymanovun yaxınlarının tələblərindən biri də məhkəmə prosesinin videoçəkilişlə aparılmasıdır. Qardaşı Adil Süleymanov deyir ki, onlar cəmiyyətin həqiqəti bilməsini istəyirlər, bu səbəbdən videoçəkiliş aparılmasında israrlıdırlar: "Cəmiyyət bilsin ki, İlkin cinayətkardır, yoxsa yox. Hər kəs dünyaya bir dəfə gəlir, günahsız adamın illərini əlindən almaq bu qədər asan olmamalıdır".
Azyaşlının atası, zərərçəkmiş qismində tanınan Şərif Quliyev məhkəmədə həm özünün, həm də digər qohumların ifadələrində üzə çıxan ziddiyyətlərlə bağlı AzadlıqRadiosunun sualına cavab verib: "Onlar deyir ki, bizi öyrədirlər, yalandır, belə şey yoxdur".
Uşaqdan xəbər çıxmadığı halda, həmin gün onu axtarmaq əvəzinə "ciyəraxşamı"na getməsiylə bağlı suala isə cavabı belə olub: "Mən nə bilim onu yolda bunlar tutub aparacaqlar...".
Dondar Quşçu sakinləri iddia edir ki, Şərif Quliyevin ailəsinin maddi durumu çox ağır olub. Hətta onlara kənd camaatı ərzaq yardımı edirdi. İddialara görə, son iki ildə ailənin maddi vəziyyəti xeyli yaxşılaşıb, evi tamamilə yenidən təmir ediblər, yeni əşyalar alınıb, Nərminin anası əvvəllər kafedə günəmuzd işləsə də (özü də ifadəsində bunu deyib), xeyli vaxtdır işləmir və s.
"Yaxşı eləyib almışam, evimə heç nə almalı deyiləm? Bircə o nəslə (İlkin Süleymanovun nəslini nəzərdə tutur – red.) olar nəsə almaq? Mən necə almışamsa, onlara da elə qismət olsun...", – Quliyev cavab verib. ("Azadlıq” radiosu)
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!
-
Manşet, Məhkəmə
“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”