Tokayev kömək üçün KTMT və Rusiyaya müraciət etdi

Tokayev kömək üçün KTMT və Rusiyaya müraciət etdi
Qazaxıstan prezidenti KTMT dövlət başçılarına "terror təhlükəsinin aradan qaldırılmasına" köməklik göstərilməsi xahişi ilə müraciət edib.
Tokayevin sözlərinə görə, terrorçu dəstələr Qazaxıstanda iri infrastruktur obyektlərinə nəzarət edirlər. Qazaxıstan prezidenti KTMT tərəfdaşlarına müraciəti "uyğun və vaxtında edilən” adlandırıb. "Kollektiv təhlükəsizlik müqaviləsinə əsaslanaraq, mən bu gün KTMT dövlətlərinin başçılarına müraciət etdim ki, Qazaxıstana bu terror təhlükəsini aradan qaldırmağa kömək etsinlər. Əslində bu, artıq təhlükə deyil, dövlətin bütövlüyünə xələl gətirmək cəhdi və və ən əsası dövlət başçısı kimi məndən onlara təcili köməklik etməyi xahiş edən vətəndaşlarımıza qarşı hücumdur”.
Qazaxıstan lideri qeyd edib ki, hazırda Alma-Ata yaxınlığında terrorçu dəstələrin Müdafiə Nazirliyinin desant bölmələri ilə inadkar döyüşü gedir.

Xəbər lenti