Tofiq Yaqubluya həbs qərarı çıxarılıb

Tofiq Yaqubluya həbs qərarı çıxarılıb
Загрузка...
 Nigar Həzi: "Atamın səhhətindən və hansı şəraitdə saxlanılmasından məlumatsızıq”
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati cəza alıb. Bu barədə Meydan TV-yə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib. Nigar Həzi bildirib ki, Tofiq Yaqublu barədə əlavə xəbər ala bilməyiblər: "Atamın Binəqədi Müvəqqəti Saxlanılma Təcridxanasında olduğunu bilirik, amma səhhəti və hansı şəraitdə saxlanıldığından məlumatsızıq. Məhkəmənin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə istinad etməsindən də xəbərsizik”.
Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da 28 may metrostansiyası qarşısında aksiya keçirib. Bakı Şəhər Baş Polis İdarəsi aksiyada saxlanılan 60 nəfərdən 42-nin sərbəst buraxıldığı haqda məlumat yayıb. AXCP sədrinin müavini Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, yalnız Nəsimi Rayon Polis İdarəsində 70-dən çox saxlanılan vardı, onların əksəriyyəti AXCP üzvləri və digər partiyaların fəalları da az deyildi, o cümlədən, yoldan keçən təsadüfü adamlar da idarəyə gətirilmişdi.
Tofiq Yaqublu 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub. 2013-cü ildə İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə əfv fərmanı ilə azad edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti