Tofiq Yaqubluya cinayət işi açılır - "Atam guya maşından düşüb ər-arvadla dalaşıb" Tofiq Yaqubluya cinayət işi açılır -

Tofiq Yaqubluya cinayət işi açılır -
Загрузка...
Musavat Partiyasının üzvü Tofiq Yaqubluya cinayət işi açılır. Bu barədə onun qızı Nigar Həzi məlumat verib. 
O, yazıb ki, polis idarəsi ilə əlaqə saxlayıb. İdarədən öyrənib ki, hazırda istintaq gedir. İstintaqa müstəntiq Ramil Əliyev rəhbərlik edir. 
"Polisin dediyindən belə başa düşdüm ki, maşını vuran təxribatçılar. Ər-arvad Tofiq Yaqubludan şikayətçi olublar. Ata guya maşından düşüb ər-arvadla dalaşıb və onlara xəsarət yetirib. Hələ ki, araşdırma gedir. Ataya görə çox narahatam. Qeyd edim ki, son həbsindən sonra səhhətində ciddi problemlər yaranmlşdı. Və müalicə alırdı. Virusun meydan suladığı bir vaxtda onun həbsi səhhəti üçün ciddi təhlükə yaradacaq!". 
N.Həzi əlavə edib ki, T.Yaqubluya qatşı zor tətbiq etmə maddəsi ilə saxta ittiham irəli sürülüb.
Məsələ ilə bağlı polis tərəfindən rəsmi açıqlama verilməyib. 
++++++
T.Yaqublunun hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edir. Hazırda vəkil Tofiq Yaqublu ilə görüşmək üçün polis idarəsinin qarşısına gedib. Onu Yaqublu ilə görüşə buraxmırlar. Tofiq Yaqublu ifadə vermək üçün vəkil istəyirdi. 

Xatırladaq ki, Tofiq Yaqublu 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub. 2013-cü ildə İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə əfv fərmanı ilə azad edilib.

Xəbər lenti