Tofiq Yaqublunu həbs etdirən şəxs: "Mən üstünə gələndə götürdü "otvyorka” ilə sinəmi çərtdi... " Tofiq Yaqublunu həbs etdirən şəxs:

Tofiq Yaqublunu həbs etdirən şəxs:
Bir neçə gün əvvəl həbs olunan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu şərləməkdə ittiham olunan sürücü Elxan Cəbrayılov hadisənin necə baş verməsinə aydınlıq gətirib. O, Meydan.tv-yə açıqlamasında bildirib: "Tofiq Yaqublu söyüş söydü, mən söydüm. Sonra hirsləndi, götürdü başımın sol tərəfindən yumruqla vurdu. Mən üstünə gələndə götürdü "otvyorka” ilə sinəmi çərtdi. Mən özümü itirdim. Yoldaşım qışqırmağa başladı. O yoldaşım itələdi”.
   
Vəkil Aqil Layıc Müsavat üzünün xuliqanlıq əməli ilə bağlı həbsini şərh edib. VƏkil xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarının 3-cü bəndinə diqqəti yönəldib: "Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə,mənzildə,qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimaiqaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndiriləbilər”. 

A.Layıc qeyd edir ki, Daxili İşlər Nazirliyinin açıqlamasına inansaq belə Tofiq Yaqublunun iddia olunan hərəkətlərində belə xuliqanlıq əməlinin obyektiv elementləri yoxdur. DİN və Prokururluq iddia edir ki, toqquşma olub və tərəflər arasında mübahisə başlayıb. Mübahisə olan yerdə nəticələrindən asılı olaraq, CM başqa maddələri tətqib oluna bilərdi ki, hazırki vəziyyətdə isə xuliqanlıq kimi tövsif edilmə kökündən yanlış məsələdir. Sual yaranır, görəsən Tofiq bəy cəmiyyətə qarşı hansı hörmətsizliklə müşayət olunan hərəkətlər edib ki, xuliqanlıq cinayətinə görə həbsə məruz qalıb!? 
Xatırladaq ki, T.Yaqublu barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə Nizami rayon Məhkəməsi qərar verib. T.Yaqublunun yaxınları bildirir ki, Tofiq Yaqubluya qarşı təxribat törədilib. Durduğu yerdə maşınını vurub sonra da ona hücum ediblər. Polisi də Tofiq Yaqublu çağırıb. Lakin onun özünə, hadisədə faktiki zərərçəkənə qarşı cinayət işi açılıb.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov isə bildirib ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi "Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”. E.Zahidov qeyd edib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.
Tofiq Yaqublu 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub. 2013-cü ildə İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə əfv fərmanı ilə azad edilib.

Xəbər lenti