Tofiq Yaqublu Baş Prokurorluğu məhkəməyə verdi

Tofiq Yaqublu Baş Prokurorluğu məhkəməyə verdi
Загрузка...
Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu Baş prokurorluğa qarşı məhkəmə iddiası qaldırıb. Criminal.az xəbər verir ki, bu haqda onun özü məlumat verib.
"Avqustun 22-də məni Respublika Prokurorluğuna çağıraraq hədələmişdilər, sonra da DİN və Respublika Prokurorluğu birgə bəyanat yaymışdı. Əlbəttə ki, bu hədələr mənə vız gəlir. Amma, bunlar növbəti dəfə açıq qanunsuzluq etdilər və mən hüquqi müstəvidə mübarizəmi davam etdirəcəm. Artıq məhkəməyə şikayət verdim və ən sonunda Avropa İnsan Hüquqları Məhkəməsində qalıb gələcəyimə şübhə etmirəm. Ən azından hüquq mühafizə orqanları başa düşməlidirlər ki, qanunları bu qədər açıq tapdalamaq olmaz".



Загрузка...
Загрузка...

Xəbər lenti