Tofiq Yaqublu barəsində həbs qərarı verildi Tofiq Yaqublu barəsində həbs qərarı verildi

Tofiq Yaqublu barəsində həbs qərarı verildi
Загрузка...
Musavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildi. Criminal.az xəbər verir ki, bu barədə Nizami rayon Məhkəməsi qərar verib. O, 3 saylı istintaq təcridxanasına göndərilib.
T.Yaqublunun yaxınları bildirir ki, Tofiq Yaqubluya qarşı təxribat törədilib. Durduğu yerdə maşınını vurub sonra da ona hücum ediblər. Polisi də Tofiq Yaqublu çağırıb.
Lakin onun özünə, hadisədə faktiki zərərçəkənə qarşı cinayət işi açılıb.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov isə bildirib ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi "Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”.
E.Zahidov qeyd edib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb. 
Xatırladaq ki, Tofiq Yaqublu 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub. 2013-cü ildə İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə əfv fərmanı ilə azad edilib. 







Xəbər lenti