Tibb işçisi 19 saylı poliklinikadakı dərəbəylikdən prezidentə şikayət yazdı

Tibb işçisi 19 saylı poliklinikadakı dərəbəylikdən prezidentə şikayət yazdı
Загрузка...
 "65 yaş sonrası çalışmaq qadağasını qazanc aləti ediblər. Pul verən hər kəsi uydurma 2 fazilik limit daxilində işə qəbul edirlər. Hətta sertifikatsız, ixtisassız çalışanlar var. Qeydiyyatsız çalışıb xəstəlik vərəqəsi açanlar gizli deyil. Poliklinika ətrafında alver edən sürücüləri sanitar yazdırıb büdcəsini gəmirdiyi "hüquqi dövlət”dən onlara maaş alırlar. Fırıldağ 65 yaş həddini adlayıb çalşmağa pulu olanları bic 2 faizlik limitlə işə alırlar” – Yasamal sakini Eliza Abdulovanın Criminal.az-ın redaksiyasına ünvanladığı məktubda belə yazır.
Qeyd edir ki, 13 fevral 2018-ci ildə uzun illər çalışdığı 19 saylı dövlət poliklinikasından işdən çıxarıblar. Səbəb kimi 65 yaşa çatması göstərilib. Elza Abdulova yazır ki, poliklinikada tibb bacısı, statistik vəzifəsini daşıyıb:
"Əgər 65 yaş həddi zərurətdirsə nədən hələ də 65 yaşı başa vurub çalışanları poliklinikada işdə saxlayırlar? Danışdırırsan, deyirlər ki, biz prezidentin adamlarıyıq. 65 yaşımın tamamlanmasına 3 ay qalmış məni testə cəlb etdilər. Test sınağından uğurla keçdim. Yenə qalıb çalışmaq hüququ verən sertifikat verdilər. Əgər məni işdən yaş həddi ilə əlaqəli uzaqlaşdıracaqdılarsa, niyə testə cəlb edirdilər? Qanmırdılar ki, test sınağından uğurla keçsəm, yenə qalıb çalışmaq hüququ verən sertifikatla mükafatlandırlacağam? Məni işdən çıxarmazdan xeyli öncə, 2017-ci ilin 27 aprelində artıq vəzifəmi digər şəxsə satmışdılar. Bunu bilirdim və Heydər Əliyev Fonduna, prezidentə, bir çox dövlət qurumlarına də şikayətlər yazmışdım. Baş həkim Əzizağa Şıxəliverdiyev poliklinikada dərəbəylik yaradıb. Ona etdiklərini irad bildirəndə, rişxəndlə deyir ki, biz heç kimdən qorxmuruq, hara istəyirsən, yaz”.
Səhiyyə Nazirliyinə poliklinikadakı özbaşınalıqlar haqda yazıram, savadıma, təcrübəmə, ən nahəyət testdən keçib sertifikat almağıma diqqət çəkib işdə 5 il də qala bilməyim üçün əsaslar olduğunu yazıram. Nazirliyin Kadrlar, elm və təhsil şöbəsinin müdiri Kamalə Mehdiyeva standart cavablar yazmaqla işlərini bitmiş hesab edirlər. Belə də dövlət qurumu olar? Balıq satan, kartof alveri edən, pul verən hər kəsi sanitar vəzifəsinə işə götürürlər. Məlumat verib araşdırılmasını istəyirik, araşdırmırlar. Bu necə hüquqi dövlətdir? Test imtahanından keçib sertifikat almış təcrübəli kadrı işdən çıxarırlar, işdən xəbəri olmayan, pulu olanları işə alırlar?!”
Eliza Abdulova ümid edir ki, nəhayət ki, onun müraciəti əsasında 19 saylı dövlət poliklinikasındakı qanunsuzluqlar araşdırma mövzusu olacaq. 
Загрузка...
Загрузка...

Xəbər lenti