Təzəxan Mirələmlinin həbsi tələbi rədd edildi

Təzəxan Mirələmlinin həbsi tələbi rədd edildi
Загрузка...
 Özünü videobloqer kimi təqdim edən Ata Abdullayev mayın 22-də yenidən məhkəmədə "Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin həbs olunmasını tələb edib. Onun vəkili də bu vəsatəti müdafiə edib. Amma Xətai Rayon Məhkəməsinin hakimi Fərid Yaqubov bu vəsatətə "yox” deyib.
A.Abdullayevə qarşı xuliqanlıqda suçlanan T.Mirələmli məhkəmənin hökmü çıxarılana qədər azadlıqda qalacaq. Onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri qüvvədə saxlanılıb. Məhkəmədə A.Abdullayev AXCP sədri Əli Kərimlinin ünvanına təhqir xarakterli ifadələr səsləndirib. T.Mirələmli ona cavab verməyib. Amma məhkəməyə A.Abdullayevin bu qəbildən olan çıxışlarının, bir gün öncə məhkəmənin qarşısında səsləndirdiyi fikirlərin əks olunduğu videogörüntüləri təqdim edib:
"Bu işə aidiyyəti olmayan adamların adının hallandırılması qarşı tərəfin əsl niyyətini ortaya qoyur. Görünür ki, məqsəd siyasi qalmaqal, şou yaradıb, kimlərəsə qarşı istifadə etməkdir”.
T.Mirələmli barəsindəki cinayət işinin əsassız olduğunu vurğulayaraq, xitam verilməsi haqda da vəsatət qaldırıb. Vəsatət təmin edilməyib. Məhkəmə baxışı iyunun 4-nə təyin edilib.
Azadlıq radiosu

Xəbər lenti