Tərtərdəki partlayışda yaralananlardan biri xəstəxanada öldü

Tərtərdəki partlayışda yaralananlardan biri xəstəxanada öldü
Загрузка...

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb. "Report”un verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan 23 yaşlı Əsgər Məmmədov müalicə olunduğu Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. Partlayış zamanı xəsarət alan digər yaralı Seymur Rzayevin müalicəsi davam etdirilir.

Xatırladaq ki, noyabrın 29-da Tərtər rayonunun Qaradağlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı iki nəfər ağır bədən xəsarətləri alaraq, ilk öncə Tərtər Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanaraq araşdırma aparılır.

Загрузка...
Загрузка...

Xəbər lenti