“Tərtər işi”nin fiqurantlarının ailə üzvlərinin aksiyası “Tərtər işi”nin fiqurantlarının ailə üzvlərinin aksiyası

“Tərtər işi”nin fiqurantlarının ailə üzvlərinin aksiyası
Загрузка...
 "Tərtər işi” üzrə mühakimə edilmiş və istintaq zamanı dünyasını dəyişmiş şəxslərin ailə üzvləri cümə axşamı Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd ediblər. Onlar administrasiyaya dəfələrlə müraciət ediblər, amma cavab almayıblar. Polis növbəti dəfə aksiya iştirakçılarını binadan uzaqlaşdırıb. Bundan sonra insanlar metronun "Ulduz” stansiyasının çıxışı qarşısında toplaşıblar, burada etiraz aksiyası təşkil ediblər.
Onlar jurnalistlərə istintaqın qeyri-obyektiv aparıldığını, təqsirləndirilən şəxslərə işgəncə verildiyini, onların bəzilərinin öldüyünü bildiriblər. Aksiya iştirakçıları bəraətverici əsaslarla müttəhimlərin azad edilməsini və istintaq zamanı ölənlərin ölümündən sonra reabilitasiyasını və onlara şəhid statusu verilməsini tələb ediblər.
*
2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanat yayaraq, Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə bir qrup hərbiçi və mülki şəxsin saxlanıldığını bildirib. Prokurorluq CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən az 8 təqsirləndirilən şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan öldürülənlərdən dörd nəfərinə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.

Загрузка...
Загрузка...

Xəbər lenti