“Tərtər işi”nə görə həbs edilənlərin qohumları aksiya keçiriblər

“Tərtər işi”nə görə həbs edilənlərin qohumları aksiya keçiriblər
Загрузка...
Sentyabr 2019 Təqsirləndirilən şəxslərə tətbiq olunan işgəncələrə qiymət verilməsi tələb edilib
"Tərtər işi”nə görə həbs edilən bir sıra şəxslərin qohumları cümə günü Ədliyyə Nazirliyinin binası qarşısında aksiya keçirib. "Turan” informasiya agentliyinin məlumatına görə, onlar işin ibtidai istintaqa qaytarılmasını, təqsirləndirilən şəxslərə qarşı işgəncələrə qiymət verilməsini və həbs edilənlərin azad edilməsini tələb ediblər. Polisin müdaxiləsindən sonra aksiya dayandırılıb. Amma etirazçıların nümayəndələri Ədliyyə Nazirliyində qəbul edilib.
2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Azərbaycan Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, hərbi qulluqçuladan və mülki şəxslərdən ibarət saxlanılan qrupun Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham olunduğunu bildirib. Bəyanata əsasən, Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat Xidməti Tərtər rayonunda Azərbaycan ordusunun birləşmələrinə qarşı geniş miqyaslı təxribat aksiyası hazırlayıb.
Mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Prokurorlardan, müdafiə, daxili işlər nazirliklərinin nümayəndələrindən və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb. Saxlanılan şəxslərin məhkəmə prosesləri keçirilib və müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən azı 8 şübhəli şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan, təkrar araşdırma zamanı öldürülən dörd nəfərə bəraət verilib, onlara qarşı işləri saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıblar.
Загрузка...
Загрузка...

Xəbər lenti