Təranə Səmədova həbsdə qaldı

Təranə Səmədova həbsdə qaldı
Загрузка...

Bakı Apellyasiya Məhkəməsində iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədovanın məhkəməsi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzəli Abbasovun icraatında olan prosesdə T.Səmədovanın vəkili Janna Bağırova vəsatət verərək himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq ev dustaqlığına buraxılmasını istəyib. Vəsatət təmin edilməyib. 

Məhkəmə şəxsi sirləri nəzərə alaraq prosesin qapalı keçirilməsinə qərar verib. Növbəti iclas yanvarın 8-də baş tutacaq.

Qeyd edək ki, T.Səmədova Nərimanov rayon məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə sərbəst qaldığı üçün məhkəmə zalında həbs olunub.

Загрузка...
Загрузка...

Xəbər lenti