Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Təqaüdə göndərilən generala yeni vəzifə verildi
Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib. Lent.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.
***
DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo”ya bildirilib ki, Səfər Əliyev nazirlikdə baş məsləhətçi vəzifəsinə təyin edilib. Qeyd edilib ki, bu, mülki vəzifə hesab edilir.

Xəbər lenti