Telman İsmayılovun məşhur kazinolarına həbs qoyuldu Telman İsmayılovun məşhur kazinolarına həbs qoyuldu

Telman İsmayılovun məşhur kazinolarına həbs qoyuldu
Загрузка...
Ələkbər İsmayılovun kazinolarana həbs qoyulması Telman İsmayılovun borcları ilə bağlıdır.
Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun Çernoqoriya bazarında olan aktivləri həbs olunub. Söhbət, Sanata d.o.o., Montenegro Management Group d.o.o şirkətlərindən gedir.
Avala kazinosu Çernoqoriyanın Budva şəhərindəki ən çox ziyarət olunan kozinolardandır. Budva şəhərinin tarixi hissəsində, məşhur yerli çimərliyin yaxınlığında yerləşir. Kommersantın verdiyi məlumata görə, İsmayılovlar bir neçə il bundan öncə, BM Bankından (VTB-a məxsus) ümumi məbləği 230 milyon dollar məbləğində kredit almışdı. Eyni zamanda İsmayılovun özü və Kiprdə fəaliyyət göstərən "Tandum Ltd" şirkəti, onun nəzarəti altında olan kreditlər üçün zəmin olmuşdu. Borcalanlar banka təxminən 15 milyard rubl borcu yaranıb.

Xatırladaq ki, Rusiyada iflas edən Telman İsmayılov ailəsi ilə birlikdə Çernoqoriyaya köçüb. Rusiyadakı bütün daşınmaz əmlakı yaxın vaxtlarda hərracda yerləşdiriləcək: Moskvanın mərkəzində bir neçə mənzil, üç mərtəbəli bir çardaq və Moskva vilayətində iki mərtəbəli bir ev, həmçinin golf klubunun tikintisinə ayrılmış bir plan.
2017-ci ilin noyabr ayında iş adamı Rusiyada Cinayət Məcəlləsinin 222-ci maddəsinin 3-cü bəndinin "a", "q", "q" bölməsinin 2-ci hissəsi, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 222-ci maddəsi) ilə interpol axtarışına verilib.
Bundan əlavə, İsmayılov 2004-cü ildə müğənni İbrahim Russonun oğurluğunda da ittiham olunub. İstintaqa görə, bunun səbəbi onların aralarında olan maliyyə münaqişəsi ilə bağlı olub. 
Загрузка...
Загрузка...

Xəbər lenti