Tələbə qızı yol polisi maşınla vurdu Tələbə qızı yol polisi maşınla vurdu

Tələbə qızı yol polisi maşınla vurdu
Загрузка...
İnstitut tələbəsi faciəvi şəkildə ölüb. Criminal.az xəbər verir ki, dünən səhər saatlarında 17 yaşlı 1-ci kurs tələbəsi Solmaz, instituta getmək üçün piyada keçidindən yolu keçərkən maşın onu Muşfiqabad qəsəbəsində vurub.
Onu vuran şəxsin yol polisi olduğu bildirilir. İlkin ehtimala görə, Dövlət Yol Polis postuna tələsən DYP kapitanı öz şəxsi maşını ilə saatda 60 kilometr olan yolda 100-lə gedərək tələbəqızı vurub. Zərbənin təsirindən Solmazın 10 metr havada fırlanıb başı üstə düşüb və yerindəcə dünyasını dəyişib. 
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. 
++++++
Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Rüfət Quliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki,hadisə 9-u səhər saat 07:50 radələrində Bakı-Şamaxı yolunda qeydə alınıb:
"Vətəndaş Solmaz Abdullayeva yolu keçərkən 90 DH 530 dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobillə vurulub və vəfat edib. Həmin avtomobili idarə edən Azad Ağayev Daxili İşlər Nazirliyinin sabiq polis əməkdaşıdır və bir müddətdir təqaüddədir. Dövlət qeydiyyat nömrəsindən göründüyü kimi avtomobil xidməti deyil və həmin şəxs təqaüddə olduğu üçün xidmət başında da olmayıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır”.

Загрузка...
Загрузка...

Xəbər lenti