Tələbə qızı maçşınla vurub öldürən polis həbs olunmayıb

Tələbə qızı maçşınla vurub öldürən polis həbs olunmayıb
Загрузка...
Xəbər verdiyimiz kimi, oktyabrın 9-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində Bakı şəhər sakini Azad Əzizağa oğlu Ağayev idarə etdiyi "BMW” markalı, "90-DH-530” dövlət nömrə nişanlı avtomobillə piyada yolunu keçən Cəbrayıl rayon sakini, 17 yaşlı Solmaz Abdullayevanı vurub. Gənc qız hadisə nəticəsində ölüb.
Qəzanı törədən sürücünün Dövlət Yol Polisi əməkdaşı olduğu müəyyənləşib. Hadisə ilə bağlı yayılmış videogörüntülərdə də sürücünün yol polisi formasında olduğu görünür.
Azad Ağayevin Müşviqabad qəsəbəsi ərazisindəki DYP postunda çalışdığı bildirilir. Hadisədən sonra A.Ağayevin həbs olunmaması zərərçəkən tərəfin narazılığına səbəb olub. "DYP əməkdaşı şəxsi maşını ilə 60 yazılan yerdən 100-lə keçərkən Solmazı vurub. Qəzanı törədən şəxs hazırda zaminlə azadlığa buraxılıb” – deyə, Solmaz Abdullayevanın yaxınları bildirib.
Həmçinin iddia edilir ki, o, Beyləqan rayonu İcra Hakimiyyəti başçısı Asif Əzizağa oğlu Ağayevin yaxın qohumu olduğu üçün cəzadan kənarda qalıb. DYP-dən Meydan TV-nin məsələ ilə bağlı sorğusunu cavablandırmayıblar, bu barədə məlumatsız olduqlarını deyiblər.
Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Rüfət Quliyev bir neçə gün əvvəl açıqlamasında bildirmişdi ki. hadisə 9-u səhər saat 07:50 radələrində Bakı-Şamaxı yolunda qeydə alınıb: "Vətəndaş Solmaz Abdullayeva yolu keçərkən 90 DH 530 dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobillə vurulub və vəfat edib. Həmin avtomobili idarə edən Azad Ağayev Daxili İşlər Nazirliyinin sabiq polis əməkdaşıdır və bir müddətdir təqaüddədir. Dövlət qeydiyyat nömrəsindən göründüyü kimi avtomobil xidməti deyil və həmin şəxs təqaüddə olduğu üçün xidmət başında da olmayıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır”.
Загрузка...
Загрузка...

Xəbər lenti