Nardaranda atışma, 4 polis öldü - ƏLAVƏ OLUNUB VİDEO FOTO

Nardaranda atışma, 4 polis öldü - ƏLAVƏ OLUNUB VİDEO FOTO
Загрузка...

 Az əvvəl Bakının Nardaran qəsəbəsində atışma baş verdiyi barədə redaksiyamıza təcili məlumat daxil olub. Virtualaz.org saytı hələlik məlumatı hüquq-mühafizə orqanlarından və kənd sakinlərindən dəqiqləşdirməyə çalışır. Bununla belə yaralıların və ölənlərin olduğu bildirilir. Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.

 İslamezeri.az saytı xəbər verir ki, atışma dindarların qəsəbədə həbsi əməliyyatı zamanı baş verib. İlahiyyatçı Taleh Bağırzadə və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin qarşısında xeyli sayda polis qüvvələri, bir hərbi maşın, suvuran maşın, 5-6 PPX maşını var. İnsidentin Nardaranda "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirlir.

-------------

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Trend-in əldə etdiyi son məlumata görə, insident nəticəsində ölənlərin sayı 4 nəfərdən artıqdır.

Criminal.az 

NardarandaNardaranda

Xəbər lenti