Təhsil Nazirliyində şok ixtisarlar - 21000 nəfər işdən çıxarıldı

Təhsil Nazirliyində şok ixtisarlar - 21000 nəfər işdən çıxarıldı

Türkiyədə 21 min müəllim işdən çıxarılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, həmin şəxslər özəl məktəblərdə dərs deyən müəllimlərdir.

Məlumatda bildirilir ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra dövlət müəssisələrində kütləvi təmizlənmə əməliyyatı aparılır. Bu istiqamətdə Milli Təhsil Nazirliyində də genişmiqyaslı istintaq başlayıb. Nəticədə 36 200 əməkdaş və müəllim işdən azad edilib.

Qeyd edək ki, bundan əvvəl Milli Təhsil Nazirliyinin mərkəz və əyalət təşkilatlarında çalışan 15 200 əməkdaşın vəzifəsindən uzaqlaşdırıldığı barədə xəbər yayılmışdı.

Criminal.az

Xəbər lenti