Taro azadlığa çıxdığı gün həbs olundu

Taro azadlığa çıxdığı gün həbs olundu
Загрузка...
"Qanuni oğru”, "Taro” ləqəbli” Tariel Muluhov (Oniani) aprelin 9-da azadlığa çıxıb. "Qafqazinfo”nun "Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarından bildirilib ki, Oniani sərbəst buraxılan kimi Rusiyadan Gürcüstana deportasiya olunub. O, Tbilisidən Türkiyəyə keçəcək, artıq bileti alınıb. Burada onun tərəfdaşlarının böyük əksəriyyəti məskunlaşıb.
Qeyd edək ki, 2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Moskvalı biznesmeni oğurlamaqda ittiham olunan "Taro” 2019-cu ilin iyununda azadlığa çıxmalı idi. Lakin 2017-ci ildə məhkəmə "qanuni oğru”nun cəzasını 2 ay azaltdığı üçün o, bu gün sərbəst buraxılıb.
***
"RİA Novosti” xəbər verir ki, "Taro” azadlığa çıxdığı gün yenidən həbs olunub. Bu barədə Sol- İletsk məhkəməsinin nümayəndəsi Liniza Şevçik bildirib. Tariel Muluhanov 40 gün, yəni mayın 19-na qədər həbsdə olacaq. Onun həbsinə səbəb kimi İspaniya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilməsi göstərilir.
Загрузка...
Загрузка...

Xəbər lenti