Tariyel Ağayevin qardaşı oğlu bəraət aldı - Modelyeri girov saxlamaqda günahlandırılırdı

Tariyel Ağayevin qardaşı oğlu bəraət aldı - Modelyeri girov saxlamaqda günahlandırılırdı
Загрузка...
Modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq işinə görə məhkəmə iclası davam etdirilib. Criminal.az xəbər verir ki, bu işdə təqsirləndirilən şəxslər Leyla Əhmədovanın işlətdiyi obyektin sahibləri- Tofiq Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovdur. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb. Hökmdə göstərilib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham məhkəmə istintaqı dövründə sübuta yetirilməyib. Zərərçəkmiş Leyla Əhmədova məhkəmədə ifadə verib. O deyib ki, təqsirləndirilən şəxs Nizami Ağayev makler kimi ona ev tapmaq istəyib. Tanışlıqları da belə yaranıb. "Dəfələrlə müxtəlif evlərə getmişik, baxmışam, bəyənmişəm. Nizami müəllimin nömrəsini yoldaşıma verdim, obyekti biz almaq istəyirdik. O, binanı 4 milyon manata satacağını deyirdi. Binada 4 mərtəbəli 24 min manata icarəyə götürdük. Nizami Ağayev icrarəyə verdiyi yeri təmir etdirəcəyini desə də sonradan sözünə əməl etmədi. Mən təmirə 1 milyon 100 min manat pul xərcləmişəm. Bu pulun 100 min dollarını bankdan kredit götürmüşdüm. Amma 1 manat da gəlir əldə etməmişəm. Düşünürəm ki, əslində Nizami Ağayevin əvvəlcədən fikri buranı mənə təmir elətdirib, ondan sonra əlimdən almaq olub. Əvvəlcə binanın 3-cü mərtəbəsini əlimdən aldılar. Orada 15 yeni kondinsioner quraşdırmışdıq. Onun hamısını onlara bağışladım. Müəyyən müddət keçəndən sonra binanın 2-ci mərtəbəsini restoran kimi istifadə eləməyi nəzərdə tutmuşduq və orada buna uyğun olaraq təmir işləri aparmışdıq. Bir gün gəlib baxanda restoranın mətbəx hissəsinin tamamilə dağıdıldığını gördük. Lakin yerə vurduğumuz bahalı parket və digər təmir normal vəziyyətdə qalmışdı. Oranı da Nizami Ağayev əlimizdən aldı”.
Qeyd edək ki, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb. L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: "Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb”.
L.Əhmədova Criminal.az-a bildirdi ki, məhkəmənin hökmünü ədalətsiz hesab edir və bu gündən aclıq aksiyasına başlayır: "Tək qadınam, başqa nə cür mübarizə aparım? Haqq-ədalət belə olur? Nizami Ağayev pul verib bəraət alır. Beş il həyatım gedib, qalmışam dələduzların əlində. Apellyasiya şikayəti də verəcəm, amma hazırda mübarizə aparmağa məcburam. Ölənə kimi aclıq edəcəm. Məgər kimin pulu varsa hər şey edə bilər?" 
Təqsirləndirilən Nizami Ağayev prezident İlham Əliyevin sabiq köməkçisi Tariyel Ağayevin qardaşı oğludur. T.Ağayevin adı bir neçə il əvvəl Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi Vüsal Şilderin qətlinin sifarişində hallanıb. Vüsal Şilder 2013-cü il mayın 2-də Bakıda bıçaqlanaraq qətlə yetirilib. V.Şilderin atası Adolf Şilder bir vaxtlar "Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.
Загрузка...
Загрузка...

Xəbər lenti