Tanınmış xanım müğənnilərin qətlə yetirilən "qanuni oğru” ilə hansı əlaqələri varmış? Tanınmış xanım müğənnilərin qətlə yetirilən

Tanınmış xanım müğənnilərin qətlə yetirilən
Azərbaycanın tanınmış xanım müğənnilərinin bir neçə gün əvvəl qətlə yetirilən "qanuni oğru” ilə görüntüləri yayılıb. Criminal.az xəbər verir ki, söhbət müğənni Damla, Rəqsanə və onun qızı Aysundan gedir.
Criminal.az həmin müğənnilərin Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan "Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərovla fotosunu əldə edib. Şəkiin tarixçəsi və müğənnilərin "qanuni oğru” ilə münasibətləri haqda məlumat əldə edə bilmədik.
Xatırladaq ki, Ə.Heydərov bu il aprelin 12-də idman zalında qətlə yetirilib. "Albert Rıjiy"ın qətlində bir neçə nəfər iştirak edib və onlar cinayəti törətdikdən sonra qaçıblar. 
"Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. O, vaxtı ilə "Ded Xasan” klanında yer alıb. 

Xəbər lenti