Tanınmış vəklil xatirələrini yazdı, trollar ona hücum etdi

Tanınmış vəklil xatirələrini yazdı, trollar ona hücum etdi
Загрузка...
Tanınmış vəkil Adil İsmayılov Azərbaycanın yaxın keçmişi ilə bağlı yazdığı xatirələrinə görə troll hücumuna məruz qalıb. Criminal.az bildirir ki, vəkil onlara cavab olaraq ''facebook'' profilində post paylaşaraq yazdığı hər sözə görə cavab verməyə hazır olduğunu deyir: "Dediklərimi və yazdıqlarımı heç zaman danmamışam, əslində buna ehtiyac da olmayıb, çünki bilmədiyim şeylər barədə susuram. Hamı kimi səhv edə bilərəm, səhvsiz insan olmur, lakin etdiyim səhvə görə üzr istəməyi də bacarıram. Bunu məni tanıyanlar, hətta məni istəməyənlər də gözəl bilir. Niyə bu mövzuya qayıtdım. Gözəgirən vəkilləri birtəhər yola vermişdim ki, indi səhifəmdə gözəgirən prokurorlar peyda olub. Vəkillr heç olmasa öz adlarından yazırdı, bunlar kimliklərini də gizlədirlər. Öz aləmlərində baş prokurorlarını müdafiə edirlər".
A.İsmayılov ona qarşı hücuma keçən şəxslərin adlarını da açıqlayıb: ""DOSTLAR" Rəsul Əliyev, Zaur Məmmədov, Ruslan Balakişiyev, Vüqar Əliyev, Xaliq Əliyev, Rafiq Əzimov, Aytən Nəsibova, Tamilla Qafarova, Muraz Mansurov, Babək Nağıyev, Azər Əliyev, Şöhrət Nəcəfov, Kamil Məmmədov, Şəhriyar Hüseynli, Ruslan Səfərov, Vüqar Sadiqov, Elnur Əli, Eldar Mamedov, Elbrus Mamedov, Maleyka Bayramova, Vaqif Abd, Huseyn İman, Kamil Əliyev, Vuqar Azizov, kiminsə adını yazmadımsa qüsura baxmayın, o qədər çoxsunuz ki, saymaqla bitmir, məsləhət görürəm ki, "atilla türksoyunuzla sakit həyatınızı" yaşayın. Unutmayın, mən vaxtı ilə bir Baş Prokurorun vəkili olmuşam, nə vaxtsa bunun da tarixçəsini yazacam. Allah ömür və imkan versə , özləri rəsmi müraciət etsələr indikilərə də vəkillik edib etməyəcəyimi fikirləşərəm''.
 
"İndi yeri gəldiyindən bir olmuş əhvalat danışım. Düz 20 il bundan əvvəl idi. DİN-in istintaq idarəsinin rəisi Nizami Qocayevin vəkili idim, onun qanunsuz həbsi ilə əlaqədar yazılarıma görə MTN-in o vaxtkı rəhbəri Namiq Abbasov məni söhbətə dəvət etdi, deyilən vaxt onun kabinetində üz-üzə təxminən bir saat söhbətimiz oldu. Allaha şükür, Namiq Abbasov sağdı, dediklərimi təkzib və ya təsdiq edə bilər. Yeri gəlmişkən, mən onu ləyaqətli insan və peşəkar kimi tanımışam. Söhbət etmək üçün Namiq müəllim öz stolunun arxasından qalxdı, mənimlə əl tutub görüşdü və bir qədər aralıda ətrafında kreslolar olan jurnal masasına dəvət etdi. Bizə çay gətirdilər. Söhbətə başlamaq istəyəndə soruşdum ki, Namiq müəllim bizi dinləmirlər ki, səsimizi yazmırlar ki? Abbasov yerindən qalxdı, televizoru açdı və onun səsini qaldırdı. Guya məni bundan sonra səsimizin yazılmasının mümkün olmayacağına inandırmaq istədi. Hər halda mən o qədər də sadəlövh deyildim. Abbasov gəlib oturanda dedim ki, Namiq müəllim, mən səsimin yazılmasından ehtiyat etmirəm, çünki deyəcəklərimə cavab vermək iqtidarındayam. Məni narahat edən odur ki, bəlkə üzbəüz binadan sizin səsinizi yazarlar. Bir az gülüşdük və söhbətimizi davam etdirdik. Doğrusu xatirələrimi status kimi paylaşmağı dayandırmaq istəyirdim. Amma gözəgirənlərin açığına axşam Hacı Məmmədovla bağlı növbəti yazını paylaşacam".
Buna da bax: "Hacı Məmmədov Baş Prokurorluğun idarə rəisinə "tələsirəm, işim var" deyib Zamirə Haçıyevanı oğurlamışdı..."
Загрузка...
Загрузка...

Xəbər lenti