Tanınmış vəkildən Dilqəm Əsgərovun erməniyə girov düşməsi ilə bağlı səs-küylü açıqlama Tanınmış vəkildən Dilqəm Əsgərovun erməniyə girov düşməsi ilə bağlı səs-küylü açıqlama

Tanınmış vəkildən Dilqəm Əsgərovun erməniyə girov düşməsi ilə bağlı səs-küylü açıqlama
Загрузка...
Erməni girovluğunda olan Dilqəm Əsgərovun ailəsinə çatası 1,5 milyin manat kompensasiya Meliorasiya və Su Təsərüffatı ASC tərəfindən ödənilməyib. Bu barədə Criminal.az-a vəkil Əziz Qəmbərov məlumat verib.
Vəkil bildirib ki, Dilqəm Əsgərov girov düşməzdən öncə ona söz veriblər ki, yaxın günlərdə kompensasiya ödəniləcək: "Nə hikmətdirsə hər il Kəlbəcərə səfər edən Dilqəm Əsgərov məhz kompensasiya verilən ərəfədə erməniyə öz doğma torpağında girov düşmüşdür. Dilqəm Əsgərovun ailəsinin hüquqlarını müdafiə etmək hər kəsin şərəf borcudur. Bu missiyanı mən öz üzərimə götürmüşəm. Cəmiyyət nümayəndələrindən xahiş edirəm ki, bu məsələni Sizlər də diqqətdə saxlayasınız. Meliorasiya və Su Təsərüffatı ASC rəhbərliyindən tələb edirəm ki, Dilqəm Əsgərovun ailəsinə çatası kompensasiyanı ödəsin. Bu kompensasiya digər kompensasiyalara bənzəməz. Çünki bu ailə cənab prezidentin və Mehriban xanımın şəxsi diqqəti və himayəsi altındadır. Yaxın günlərdə bu məsələ ilə bağlı aidiyyəti hüquq mühafizə orqanlarına müraciət olunacaq".


Xəbər lenti