Tanınmış politoloq Eldar Həsənovun müdafiəsinə qalxdı

Tanınmış politoloq Eldar Həsənovun müdafiəsinə qalxdı
Загрузка...
Tanınmış politoloq İlham İsmayıl Azərbaycanın Serbiya Respublikasında, Monteneqro, Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri olan Eldar Həsənovun  müdafiəsinə qalxıb. Criminal.az xəbər verir ki, İ.İsmayıl ''facebook'' profilində ölkəmizin səfiri ilə bağlı status paylaşıb:
"Məsələ bundan ibarətdir ki, Eldar Həsənov Qarabağ problemi ilə bağlı öz dəyişməz və kəskin mövqeyinə görə fərqlənir. Hətta o bu günlərdə verdiyi müsahibədə bildirib ki, Lavrovun nə deməyindən asılı olmayaraq biz Qarabağı azad edəcəyik, Qarabağ bizimdir. Ola bilər ki, Eldar Həsənovun bu dəyişməz mövqeyi Qarabağ məsələsində güzəşt etmək istəyənlərin xoşuna gəlməyib və onu bu yolla vurmaq istəyirlər. Prezident Admnistrasiyasının hər cür araşdırmalar aparmaq imkanı var. Onlar Eldar Həsəbnovun təmiz biri olduğunu bilməmiş deyillər.Ola bilər kiminsə onunla şəxsi zəmində ədavəti var və Eldar Həsənovu vurmaq üçün bundan istifadə edir”
Загрузка...
Загрузка...

Xəbər lenti