Tanınmış memar korrupsiyaya etiraz olaraq Memarlar İttifaqını tərk edibmiş

Tanınmış memar korrupsiyaya etiraz olaraq Memarlar İttifaqını tərk edibmiş
Memarlar İttifaqındakı korrupsiyaya tanınan memar özünəməxsus reaksiya verib. Azərbaycan Memarlar İttifaqının sədr müavini, professor Elçin Əliyev şəxsi ''facebook'' hesabında qeyd edib ki, Xarici İşlər Nazirliyinin işlər müdiri, eyni zamanda Memarlar İttifaqı sədrinin birinci müavini Fərhad Mollazadə həbs edildi. Belə bir adam necə memarlar ittifaqının rəhbərlərdən biri seçilə bilərdi? Çünki həmkarlar ittifaqımızda çoxdan eyni şey baş verir, eyni davranış və oyun qaydaları. Səbəbsiz demillər ki, "bir balıqçı ayrı balıqçını uzaqdan görür".
Buna görə də bir neçə il əvvəl ərizə yazdım və korrupsiyaya etiraz olaraq Memarlar İttifaqının rəhbərliyini tərk etdim. Görəsən Dövlət təhlükəsizlik xidməti büdcə pullarını «yaradıcı» oğurlayan «yaradıcı» təşkilata nə vaxt diqqət yetirəcək? 

Xəbər lenti