Tanınmış iqtisadçı Hesablama Palatasının 4 auditoru eyni vaxtda istefasını şərh edib

Tanınmış iqtisadçı Hesablama Palatasının 4 auditoru eyni vaxtda istefasını şərh edib
''Hesablama Palatasının 4 auditoru eyni vaxtda istefa verib. Onların boş qalan vəzifələrinə Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında təyinatlar olacaq. Bu Hesablama Palatasını ictimai diqqətə gətirib. Odur ki, mən də qısaca fikirlərimi bölüşmək istərdim. Hesablama Palastasının işini yaranandan izləyirəm, ilk sədri ilə müqayisədə ikinci sədrinin fəaliyyəti dövründə daha faydalı və analitik hesabatlar hazırlanır''. Bu fikrlər iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.
Onun fikrincə, sövlət büdcəsi ilə bağlı Maliyyə Nazirliyinin, neft gəlirlərinin idarəedilməsinə dair Dövlət Neft Fondunun, pensiya və işsizlikdən sığorta ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gizlətdiyi rəqəmlərin bir hissəsini Hesabalama Palatasının rəylərindən tapmır.
''Azərbaycanda idarəetmə sistemini yaratdığı çətinlikləri nəzərə alanda bundan çox nəysə edəcəklərinə inamım yoxdur. Hiss olunur ki, şöbələrdə peşəkar kadrları var, lakin, yetərincə müstəqillikləri yoxdur. "Hesablama Palatası haqqında” qanunun 11.3-cü maddəsinə və "Milli Məclisin komitələri haqqında” qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Nəsir Sadıqovun Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal Hüseynovun və Vəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədlikləri irəli sürülüb. Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib''.

Xəbər lenti