Tanınmış hüquq müdafiəçisini maşın vurdu - ƏLAVƏ OLUNUB Tanınmış hüquq müdafiəçisini maşın vurdu - ƏLAVƏ OLUNUB Tanınmış hüquq müdafiəçisini maşın vurdu - ƏLAVƏ OLUNUB

Tanınmış hüquq müdafiəçisini maşın vurdu - ƏLAVƏ OLUNUB
Загрузка...
Tanınmış hüquq müdafiəçisi Oqtay Güləliyev xəstəxanalıq olub. Criminal. az xəbər verir ki, bu gün axşam saatlarında tanınmış hüquq müdafiəçisi Səməd Vurğun küçəsində yolu keçərkən Hyundai markalı avtomobilin zərbəsinə tuş gəlib.
Hadisə Oqtay Gülalıyev piyada keçidi ilə keçərkən baş verib. Onu vuran sürücü özü hüquq müdafiəşisini 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, xəsarətləri ağır deyil. 
+++++
Oqtay Gülalıyev 1 saylı Şəhər Kliniki Mərkəzindən özəl City Hospital klinikasına köçürülüb. Hüquq müdafiəçisinin yaxınlarının məlumatına görə, onun kəllə sümüyü sınıb və beyninə qan sızıb. Turan-ın müxbirinin məlumatına görə, Şəhər Kliniki Mərkəzindən çıxarılarkən hüquq müdafiəçisi xərəkdə hərəkətsiz vəziyyətdə uzanıb və ətrafdakılara reaksiya verməyib.
Kliniki Mərkəzin həkimləri şərh verməyiblər.


Загрузка...
Загрузка...

Xəbər lenti