Tanınmış həkim karantina alındı, o acınacaqlı durumu göstərdi Tanınmış həkim karantina alındı, o acınacaqlı durumu göstərdi

Tanınmış həkim karantina alındı, o acınacaqlı durumu göstərdi
Tanınmış həkim Nüşabə Səlimova koronavirus təhlükəsi ilə karantinə alınıb. Rusiyadan ölkəyə qayıdan həkim gömrükdən birbaşa yaxınlıqda salınmış çadır şəhərciyinə yerləşdirilib. N.Səlimova Criminal.az saytına bildirib ki, onu çadırda bir gün saxlayıb sonra Nabranda otelə aparacaqlarını deyiblər. Lakin 2 gündür həmin çadırda saxlanılan həkim vəziyyətin olduqca ağır olduğunu deyir. 
Burda xeyli çadır qurulub. Hər çadıra ən azı 4-5 nəfər yerləşdirilib. Çadırlarda heç bir şərait yoxdur, soyuqdan donuruq. Yemək verilmir, bir həkim müayinə etmir. Gündə bir dəfə gəlib ancaq temperaturumuzu yoxlayırlar, qızdırması olan aparırlar. Başa düşmürəm, gərək xəstələnək ki, biuzə sahib çıxsınlar? Bekə soyuqda əvvəl-axır xəstələnəcəyik. 
Criminal.az olaraq N.Səlimovanın həmin çadır şəhərçiyindən göndərdiyi görüntüləri də təqdim edirik. Dövlət qurumlarının diqqətinə çatdırırıq ki, karantinə alınmış vətəndaşların göstərdiyi problemləri nəzarətə götürsünlər.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının son məlumatına görə, artıq yoluxmaların sürəti sağalmanın sürətini üstələyir. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, Azərbaycanda hazırda xəstəliyə yoluxanların sayı 104 nəfərdir və bu, bizim ölkəmiz üçün rekord göstəricidir: "Bir gün ərzində xəstəliyə yoluxanların sayında da artım oldu. Bu gün 29 nəfərdə virus aşkarlandı. Lakin məsələnin qorxulu tərəfi ondadır ki, yoluxmaların sürəti sağalmanın sürətini üstələyir. İndiyə qədər 122 nəfər yoluxub, amma cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi. Orada da yoluxma həndəsi silsilə ilə gedirdi. Ona görə də İspaniyanın səhiyyə sistemi bunun öhdəsindən gələ bilmədi. Buna görə də biz buna getməməliyik. Xüsusi karantin rejimi məcburiyyət, cərimələr tətbiq etməyə imkan verir. Amma hələ ki, bunu etmək istəmirlər. Ümid olunur ki, insanlar özlərinin olmasa da, övladlarının qarşısında fərdi məsuliyyətlərini başa düşəcəklər. Əgər bu xəstəlik ölkə daxilində genişmiqyaslı bir epidemiya səviyyəsinə çatarsa, biz bunun altından çıxa bilməyəcəyik. Ümid olunur ki, bu gün tətbiq edilən qaydalara əməl edilsə, bunun qarşısı alına bilər. Amma karantinin üç günü göstərdi ki, insanlar buna əməl etmək istəmirlər”.

Xəbər lenti