Tanınmış ekspert cərimələndi - ƏLAVƏ OLUNUB

Tanınmış ekspert cərimələndi - ƏLAVƏ OLUNUB
Загрузка...
Bu dəqiqələrdə ölkənin ən tanınmış kənd təsərrüfatı eksperti, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmlini Yasamal rayon məhkəməsinə aparırlar. Criminal.az xəbər verir ki, 62 yaşlı Vahid Məhərrəmlinin hansı səbəbdən məhkəmə qarşısına çıxarılması məlum deyil. 
Əlavə məlumat veriləcək. 
 
+++++++

İttihama görə ekspert küçədə telefonla danışarkən uca səslə nalayiq ifadələr işlədib Milli Şuranın Koordinasiya Mərkəzinin və AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli oktyabrın 30-da günorta saatlarında saxlanılıb. O, axşam saat 18.00 radələrində Yasamal Rayon Məhkəməsində hakim qarşısına çıxarılaraq, 100 manat cərimələnib. Vahid Məhərrəmli İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinib. İddia olunur ki, V.Məhərrəmli küçədə telefonla danışarkən uca səslə nalayiq ifadələr işlədib.
V.Məhərrəmli isə inzibati xəta protokolunda bu barədə yazılanların yalan olduğunu deyir. O, Meydan TV-yə bildirib ki, xəstəxanada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin yanına gedərkən evinin yaxınlığında saxlanılıb: "Gördüm ki, 6-7 nəfər mülki geyimli arxamca gəlir. İstəmədim ki, qonşuların yanında məni kobud formada tutub maşına salsın. Ona görə elə özüm onlara tərəf çevrilib dedim ki, "bilirəm, məni izləyirsiz, hara lazımdırsa, gedək”. Dedilər: "Yasamal Rayon Polis İdarəsinə getməliyik”. Amma yenə də qoluma əl atanda dedim ki, qonşulardan ayıbdır, dedim axı, özüm gedirəm. Buraxdılar. İdarəyə getdik”.
V.Məhərrəmlinin sözlərinə görə, idarənin rəis əvəzinin göstərişilə onu 29-cu polis bölməsinə aparıblar. Orada inzibati xəta haqqında protokol tərtib edib, ardınca da məhkəməyə aparıblar. Məhkəmənin qərarından apelyasiya şikayəti verəcəyini vurğulayan V.Məhərrəmli hesab edir ki, məqsəd Milli Şuranın 2 noyabra təyin etdiyi mitinqdə iştirakının qarşısını almaqdır: "Bu cür üsullarla bizi çəkindirməyə, zamanımızı almağa çalışırlar. Bir gün əvvəl də məni idarəyə çağıranda dedilər ki, 2 noyabrda mitinqə getməyim. Cavab verdim ki, mən o mitinqin təşkilatçılarından biriyəm...” 
Загрузка...
Загрузка...

Xəbər lenti