Talış kəndi ətrafında bir neçə yüksəklik düşməndən təmizləndi Talış kəndi ətrafında bir neçə yüksəklik düşməndən təmizləndi

Talış kəndi ətrafında bir neçə yüksəklik düşməndən təmizləndi
 Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir. Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

Xəbər lenti