"Taleyüklü hadisə" - Azərbaycanın Birinci vitse-prezidentinin müşaviri

 Şuşa Azərbaycanın mədəni rəmzidir və bütün Azərbaycan xalqının kimliyinin ayrılmaz parçasıdır, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müşaviri Elçin Əmirbəyov BBC News Ruscaya bildirib.
Azərbaycan prezidenti İlham Əliyev bazar günü Şuşanın Azərbaycan ordusu tərəfindən alındığını təntənəli surətdə elan edib. "Hər bir azərbaycanlı üçün çoxdan gözlənilən və belə vacib olan bu qələbə, Azərbaycanı qarşısında duran məqsədə daha bir addım yaxınlaşdırmış taleyüklü hadisənin rəmzidir - suveren Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması deməkdir," - Əmirbəyov bildirib.

Xəbər lenti