Taleh Qaraşov "Dost" maaşını məmur balalarına verir Taleh Qaraşov

Taleh Qaraşov
Загрузка...
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun korrupsiya əməlində ittiham olunur. Mühacirətdə yaşayan jurnalist Cavanşir Həsənli yazır ki, icra başçısı "Dost" maaş kartlarla bağlı saxtakarlıq edir.
Jurnalist araşdırıb ki, başçı özünün Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin oğlu, "LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin təsisçisi Babək Xıdırlının adına maaş kartı açdırıb. Bundan başqa sosial işçi kimi adına maaş kartı açılanlardan biri də rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayevdir. Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Möhübbət Babayev Hacıbaba oğlunun 1954-cü il təvəllüdlü qardaşı Xanbaba Babayevin oğludur. 

Adı "Dost" maaşı alanlar siyahısında olanlardan biri də keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu Rəcəbov Şamil Cəsail oğludur. Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov Lənkəran şəhərinin maliyyə idarəsinin rəisidir.
İqbal Rəcəbovun qızı Firuzə Rəcəbli Lənkəran şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqudur.  
İttihamlarla bağlı icra hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı. 


Xəbər lenti