Taleh Bağırzadənin xanımı tutuldu - Qobustan həbsxanasında

Taleh Bağırzadənin xanımı tutuldu -  Qobustan həbsxanasında
Загрузка...
 "Nardaran məhbusu" Taleh Bağırzadənin həyat yoldaşına da cinayət işi açılacaq. Məhbusun xanımı Leyla İsmayılzadə ötən gün Penitensiar Xidmətin əməkdaşları tərəfindən saxlanılıb. Criminal.az xəbər verir ki, Xidmətin yaydığı məlumat yayıb ki, 21.03.2019-cu il tarixdə18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. 
Xatırladaq ki, T. Bağırzadə Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12; 29, 120.2.1; 29, 120.2.3; 29, 120.2.4; 29, 120.2.7; 29, 120.2.12; 28, 214.2.1; 28, 214.2.3; 214.2; 220.2; 228.3; 228.4; 233; 278; 279; 281.2; 283.2.3; 315.2; 66.3; 317.2.1; 67.1-ci maddələri ilə məhkum edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti