“Taksiyə oturub anamgilə gəldim”

“Taksiyə oturub anamgilə gəldim”
Загрузка...
İki ildir həbsdə olan müğənni Fədayə Laçın bu gün səhər saatlarında azadlığa buraxılıb. "Qafqazinfo” xəbər verir ki, məhbusların qaçmasına yardım etmək ittihamı ilə həbs edilən ifaçı cəza müddəti başa çatdığı üçün Bakı İstintaq Təcridxanasından azad edilib.
Qeyd edək ki, F.Laçın xüsusi təyinatlı vaqondan "Qoca” ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilirdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edilmişdi. Ötən ay keçirilən məhkəmədə elan olunan qərara əsasən müğənni Fədayə Laçının cəzası 2 ilə endirilib.
***
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov F. Laçının azadlığa buraxılma xəbərini təsdiqləyib.
***
F.Laçın Trend-ə bildirib ki, saat 9 radələrində ona azad olunması və getməyə icazə verilməsi barədə məlumat verilib: "Mən də təcridxanadan çıxdım, taksiyə oturub anamgilə gəldim. İndi Buzovnada anamgildəyəm”.
Загрузка...
Загрузка...

Xəbər lenti