“Tağı Əhmədov məni YAP-ın binasında döyüb”

05 Fevral 2022, 22:29
05 Fevral
2022
22:29
895
Keçmiş metropoliten rəisinin məhkəmədə dindirilməsi tələb olunub
"Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovun məhkəmədə dindirilməsi tələb olunur. Fevralın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Səadət Xəlilovun vəkili Hafiz Ələsgərov bu barədə vəsatət qaldırıb. Vəkil həmçinin Səadət Xəlilovla Tağı Əhmədov arasında telefon danışıqlarının məhkəmədə araşdırılmasını da xahiş edib.
Hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmə iclasında əvvəlcə təqsirləndirilən Səadət Xəlilov vəkilinin suallarını cavablandırıb. Mərmər biznesilə məşğul olduqlarını, Qazaxıstan və İran kimi ölkələrdəki biznes tərəfdaşlarıyla iş gördüklərini deyən təqsirləndirilən şəxs bu haqda danışıb. Onun sözlərinə görə, Qazaxıstanda Kənan Əliyev adlı şəxslə işləyirdilər. Həmin şəxsin Azərbaycanda problemi olduğuna görə bura gələ bilmirdi:
"O, Qazaxıstanda mal göndərdiyimiz firmanın sahibi idi. Onunla Sahil vasitəsilə tanış olmuşduq. Onun Bakıda problemi vardı, ona görə bura gələ bilmirdi. Tağı Əhmədova da bu barədə məlumat vermişdim. Sonra qazaxlar Kənanın əmlakını əlindən almışdılar”.
Bu cinayət işində zərərçəkmiş qismində Soltan Əliyev tanınıb. İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov onun 2 milyon manatını ələ keçirib.
Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə həbsdə deyildi. Lakin dekabr ayında keçirilən məhkəmə iclaslarına gəlmədiklərinə görə onlar haqqında həbsli axtarış elan edildi. Onların hər ikisi həbs edildi. Amma Qulu Muxtarov və Sahil Abuşov həbs ediləndən sonra onların işi Səadət Xəlilovun işindən ayrıldı. Ona görə də hazırda o, tək mühakimə olunur.
Səadət Xəlilov isə bildirir ki, 2 milyon manat Soltan Əliyevin yox, Tağı Əhmədovundur. Metropolitenin sabiq rəisi pulu onlara faizlə verib.
Onun sözlərinə görə, əvvəlcə 200 min, sonra 800 min, daha sonra 1 milyon olmaqla, üç dəfəyə 2 milyon manat sələmlə pul alıb, bir neçə dəfə də buna görə faiz ödəyib. Mərmər biznesində uğursuzluqlar başlayandan sonra pulu ödəməkdə çətinlik çəkib. Bu səbəbdən dəfələrlə Tağı Əhmədovun həm özü, həm də yaxınları tərəfindən döyüldüyünü deyən Səadət Xəlilovun sözlərinə görə, əlində bunu təsdiqləyən sübutları da var. Onun sözlərinə görə, Tağı Əhmədov onu YAP-ın Yasamal rayon təşkilatının binasında döyüb. Həmin vaxt o, təşkilatın sədri idi.
"Vəsatətimiz Tağı Əhmədovun məhkəmədə dindirilməsi, onunla müvəkkilim arasında telefon danışıqlarının araşdırılması barədədir. Bu iş üzrə elə bir məhkəmə iclası olmayıb ki, Tağı Əhmədovun adı hallanmasın. Zərərçəkmiş özü də təsdiqlədi ki, o pul Tağı Əhmədovundur. Müvəkkilimlə Tağı Əhmədov arasında dəfələrlə telefon danışıqları olub. Pul müvəkkilimə YAP-ın binasında verilib.
Səadət Xəlilovun dediyinə görə, Tağı Əhmədov ona YAP-ın binasında zor tətbiq edib. Tağı Əhmədov istintaq dövründə də dindirilib”, – vəkil Hafiz Ələsgərov vəsatətini əsaslandırarkən bildirib.
Səadət Xəlilov özü də Tağı Əhmədovun məhkəməyə çağırılmasını istəyib. O deyib ki, Tağı Əhmədova sualları var.
Məhkəmə vəsatəti təmin etməyib. Lakin Tağı Əhmədovun istintaqdakı ifadəsi elan edilib. O, həmin ifadəsində bildirib ki, pulu Səadət Xəlilova yox, dostu Soltan Əliyevə borc verib. O isə Səadət Xəlilova birgə biznes məqsədilə verib: "Mən onların işinə qarışmamışam, maraqlanmamışam”.
Bununla belə, Tağı Əhmədov ifadəsində təsdiqləyib ki, Səadət Xəlilov YAP-ın Yasamal təşkilatında onun kabinetinə Soltan Əliyevlə birlikdə gələrək pulu alıb.
O, Səadət Xəlilovu YAP-ın binasında döyməsi barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
Manşet, Cəmiyyət
Bakıya yeni prokuror təyin edildi
-
Manşet, Cəmiyyət
Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
Manşet, Cəmiyyət
Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
Manşet, Cəmiyyət
Elmira Axundova haradadır?
-
Manşet, Cəmiyyət
Qubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”
-
Manşet, Cəmiyyət
Eldar Həsənovun övladları prezidentə müraciət etdi
-
Manşet, Cəmiyyət
"Bəyannamənin həyata keçirilməsi, müşküldür, çünki..."
-
Manşet, Cəmiyyət
Kürdəmirə də yeni başçı təyin olundu