''''Şuşanın körpə qartalı'' adını verərək cənazəsini təhvil vermişdilər'' ''''Şuşanın körpə qartalı'' adını verərək cənazəsini təhvil vermişdilər''

''''Şuşanın körpə qartalı'' adını verərək cənazəsini təhvil vermişdilər''
''Cənazəsini əmimgil gedib götürəndə Qubadın 1 ay ərzində necə şücaərlə döyüşdüyünü demişdilər. Cənazəsini verərkən Qubada Şuşanın körpə qartalı adını verərək cənazəsini təhvil vermişdilər''. Bu sözləri Criminal.az saytına şəhid Qubad Əliyevin ailə üzvləri deyib.
Onların sözlərinə görə, Q.Əliyev oktyabrın 8-də könüllü olaraq müharibəyə yollanmışdı. Fizuli, Cəbrayıl, Qubadlı, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Hətta onu döyüşlərdən yayındırmaq üçün ''sənin övladın var'' desələr də, buna məhəl qoymayıb, ''vətənim üçün sonuna qaədər döyüşəcəm'' deyib.
Qubad noyabrın 8-də saat 13:00-da anasına ''bizi təbrik edə bilərsiz, Şusanı aldıq'' mesajını yazıb. Saat 14:45-də isə atasına zəng edərək deyib ki, ata vaxtıma az qalıb, nə haqqınız varsa halal edin. Noyabrın 8-də Şuşa yüksəkliyində şəhid olub. 













Xəbər lenti