Şuşadan sonra Naxçıvan istiqamətində atışma: bir hərbçimiz yaralandı

Şuşadan sonra Naxçıvan istiqamətində atışma: bir hərbçimiz yaralandı
Azərbaycan Müdafiə Nazirliyi bu dəfə Ermənistanla sərhəddə, Naxçıvan istiqamətində atışma barədə məlumat yayıb. Məlumatda deyilir ki, iyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır
. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, Naxçıvan istiqamətində, Yerasx rayonunda baş vermiş atışma zamanı bir erməni hərbi qulluqçusu ölüb. İddia edilirdi ki, insident "Azərbaycan tərəfinin mühəndis-istehkam işləri görməsinin qarşısı alınarkən” baş verib.

Xəbər lenti