Şuşa həbsxanasında cəza çəkən azərbaycanlı 3-cü ölkəyə göndərilə bilər

Şuşa həbsxanasında cəza çəkən  azərbaycanlı 3-cü ölkəyə göndərilə bilər
Загрузка...
Dağlıq Qarabağ ərazisində iki illik həbs müddəti başa çatdıqdan sonra Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Şuşa həbsxanasından Ermənistana aparılıb və üçüncü ölkəyə göndəriləcək, Ermənistan informasiya vasitələrinin məlumatlarında bildirilir. Qondarma "Dağlıq Qarabağ Respublikası Baş Prokurorluğu" qondarma "DQR məhkəməsinin" qərarı ilə azadlıqdan məhrum edilmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin "həbs müddəti" başa çatdıqdan sonra azadlığa buraxılması haqqında məlumat yayıb.
Qondarma "Dağlıq Qarabağ Müdafiə Ordusu mətbuat xidmətinin" məlumatına görə, 1995-ci il təvəllüdlü Elnur Elman oğlu Hüseynzadə 2017-ci il fevralın 1-də "Azərbaycan Silahlı Qüvvələri tərəfindən təmas xəttinin Talış yaşayış məntəqəsi istiqamətində kəşfiyyat-diversiya cəhdi zamanı" əsir götürülüb.
9 fevral 2018-ci il tarixində "qondarma DQR 1-ci instansiya məhkəməsi" Hüseynzadə barəsində iki il müddətinə azadlıqdan məhrum etmək qərarı qəbul edib. Onun faktiki olaraq 2017-ci il fevralın 1-dən həbsdə olduğu nəzərə alınaraq, "cəza müddəti başa çatıb", məlumatlarda qeyd olunur. Lakin Azərbaycan Respublikasının vətəndaşının Ermənistandan öz vətəni Azərbaycana deyil, üçüncü ölkəyə qaytarılacağı bildirilir.
"O, [Hüseynzadə] əvvəlcədən Azərbaycana qayıtmaqdan imtina edib. Beynəlxalq təcrübədə qəbul olunduğu kimi, o, [Hüseynzadə] üçüncü ölkəyə göndəriləcək", - qondarma "DQR liderinin mətbuat katibi" David Babayan yerli informasiya vasitələrinə deyib.
Babayan Elnur Hüseynzadənin vətənə qayıtmaqdan imtina etməsinin "onun həyatı və səhhətinə təhlükə uğraması ehtimalı" bağlı olduğunu deyib.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyanatında bildirib ki, Elnur Hüseynzadənin "həbs müddəti" başa çatdıqdan sonra vətənə qaytarılması üçün müvafiq beynəlxalq təşkilatlarla zəruri tədbirlər görülüb. "Saxlanıldığı vaxtdan etibarən Elnur Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmış və hazırda bu istiqamətdə zəruri işlər aparılır", Dövlət Komissiyasının bəyanatında deyilir. Azərbaycan və Ermənistan 1990-cı illərin əvvəllərindən bəri Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı səbəbilə münaqişə vəziyyətindədir. (BBC)
Загрузка...
Загрузка...

Xəbər lenti