"Survivor"da QƏTL - Operatoru öldürdülər

Acun Ilıcalının komandasının üzvü Alper Baycın cinayətkar qrup tərəfindən öldürülüb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, "Survivor"un ümumi koordinatoru Esat Yontuç, Dominikanda cinayətkar dəstə tərəfindən öldürülən operator Alper Baycın üçün sosial şəbəkə hesabından "Rəbbim məkanını cənnət etsin" qeydi ilə bir foto paylaşıb. Hadisə səbəbindən Şimali Kipr Türk Cümhuriyyətində bu axşam gerçəkləşdiriləcək yarımfinal canlı yayımı ləğv edilib.
Qeyd edək ki, "Survivor" yarışında bu zamana kimi ilk dəfə belə bir xoşgəlməz olay yaşanıb.

Xəbər lenti