Sürücü maşını evakuatordan düşürmək üçün rüşvət verdi - REAL VİDEO

Sürücü maşını evakuatordan düşürmək üçün rüşvət verdi - REAL VİDEO

Polisin göstərişi ilə evakuator sürücüsünə «şirinlik» verən sürücünün maşını cərimə meydançasına aparılmayıb

Bakıda avtomobili evakuatora mindirilən sürücü maşının cərimə meydançasına aparılmaması üçün rüşvət verməli olub. Hadisə yanvarın 25-də, saat 14.40 radələrində Həsən Əliyev küçəsində yerləşən «ASAN xidmət»in qarşısında baş verib. Bu barədə hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, evakuator «Mercedes» markalı maşını götürüb aparmaq istəyib. Çünki orada dayanmanı qadağan edən nişanın tələbini pozub: «Bu zaman maşının sahibi gəlib çatdı və maşını evakuatordan düşürdü. Əvəzində isə maşını aparanlara pul verdi. Əvvəlcə pulu polisə təklif eidi, ancaq polis pulu maşını evakuatordan düşürən oğlana verməyi söylədi. Bundan sonra sürücü pulu həmin oğlana verib maşını evakuatordan düşürdü».

Qeyd edək ki, həmin ərazidə DİN-in «Təhlükəsiz şəhər» kameraları da var. Oxucuların Avtosfer.az-a göndərdiyi həmin «şirinlik» videosunu təqdim edirik:

Criminal.az



Xəbər lenti