Suriyada Türkiyə ordusuna hücum: 30-dan çox əsgər öldürülüb Suriyada Türkiyə ordusuna hücum: 30-dan çox əsgər öldürülüb

Suriyada Türkiyə ordusuna hücum: 30-dan çox əsgər öldürülüb
Загрузка...
 Cümə günü gecəsi Suriyanın şimal-qərbində azı 33 Türkiyəli əsgər Suriya "rejim qüvvələri"nin hava hücumu nəticəsində öldürülüb. "Ölənlərin çoxu İdlib əyalətində olub. Hücum Suriyanın döyüş təyyarələri tərəfindən Balyun bölgəsində həyata keçirilib," - Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay əyalətinin rəhbəri Rəhmi Doğan bildirib. Bəzi mənbələr ölü sayının daha çox olduğunu bildirir. Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri Fahrettin Altun İdlibdəki hücuma cavab olaraq, türk qoşunlarının həm hava, həm də quru qüvvələrinin Suriya rejiminin bütün məlum hədəflərinə "cavab atəşi" açdığını bildirib. 

Rusiyanın dəstəklədiyi Suriya qüvvələri İdlibi türk əsgərləri tərəfindən dəstəklənən qiyamçılardan geri almağa çalışır. Suriya hakimiyyəti bu günə qədər müxaliflərin əlində qalacaq son Sur əyaləti olan İdlibdə baş verən son eskalasiya ilə bağlı heç bir açıqlama verməyib. Türkiyə ordusu Prezident Recep Tayyip Erdoğanın Ankarada təcili yüksək səviyyədə təhlükəsizlik toplantısı keçirməsindən sonra Suriya hədəflərinə yenidən zərbələr endirməyə başlayıb.
Türkiyə lideri indi Suriya hökumətinin öz qüvvələrinin Türkiyənin hərbi müşahidəsi altında olan ərazilərdən geri çəkməsini istəyir, bir qədər öncə isə qüvvələrin geri çəkilməyəcəyi təqdirdə onları hücumla hədələmişdi. Lakin Suriya və Rusiya onun 2018-ci ildə bəlirlənmiş atəşkəs xəttinə geri çəkilmə tələbini rədd etmişdi. Rusiya, həmçinin Türkiyəni 2018-ci ildə üsyançıları artilleriya atəşi ilə dəstəkləməklə atəşkəs rejimini pozmaqda da ittiham edib. İngiltərədə fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidəsi təşkilatı cümə axşamı günü axşamkı hava hücumunda ən az 34 türk əsgərinin öldüyünü söyləyib. Yaralılar müalicə üçün Türkiyəyə qaytarılıb, cənab Doğan bildirib. 

Suriya hökumətinin "bütün bəlli önəmli hədəfləri" Türkiyə hava və quru qüvvələri tərəfindən atəş altına alınıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti Fahrettin Altun "Anadolu" xəbər agentliyinə bildirirb. NATO üzvü olan Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun qurumun baş katibi Jens Stoltenberg ilə görüşdüyü bildirilir. Son toqquşmalar Türkiyənin dəstəklədiyi üsyançıların strateji Saraqeb şəhərini cümə axşamı günü Suriya hökumət qüvvələrindən geri aldıqlarını söylədikdən sonra meydana gəlib.
İdlibdə aparılan döyüşlər dekabr ayından etibarən təxminən bir milyon Suriyalını evindən didərgin salıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyada genişmiqyaslı döyüşlərin bölgədə "qan gölü" yaradacağını bildirib. Reuters xəbər agentliyi cümə axşamı günü bir yüksək rütbəli türk rəsmisinə istinadən, Türkiyənin sərhədləri açaraq suriyalı qaçqınların Avropaya getməsinə mane olmamaq qərarı aldığını bildirib. Həmin yüksək rütbəli şəxsin Sahil Mühafizə Xidmətinə və sərhəd polisinə qaçqınlara mane olmamaq əmri verildiyini də bildirib. Ancaq bu məlumat rəsmi olaraq təsdiqlənməyib. Cümə axşamı günü Prezident Erdoğan İdlibdəki hava hücumunda üç türk əsgərinin öldüyünü bildirmişdi. 

Türkiyə Müdafiə Nazirliyi bu hadisəyə Suriya "rejiminin hədəflərini" vuraraq cavab verdiyini bildirib. Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyanın şimalında atəşkəs çağırışlarını rədd edib. Belçika və Almaniyanın mülki şəxslərin öldürülməsinin dayandırılması lazım olduğu barədə verdiyi şərhə Rusiya səfiri yeganə həll yolunun terrorçuların ölkədən qovulması olduğu cavabını verib. ABŞ senatoru Lindsey Graham "İdlibi uçuşa qadağan olunan bölgə" etmək çağırışı edib. Reuter xəbər agentliyinin xəbərinə görə, ABŞ senatoru Lindsey Graham İdlibin uçuşların qadağan olunduğu bölgə elan edilməsini təklif edib.
Graham ABŞ Prezidenti Donald Trumpdan mülkilərin Suriya hökumətinə bağlı qüvvələr tərəfindən öldürülməsinə son qoyulması üçün kömək etməsini tələb edib. ABŞ senatoru yazılı açıqlamasında dünyanın "İdlibin Əsəd, İran və Rusiya tərəfindən yox edilməsini izlədiyini" bildirib və ABŞ rəhbərliyi ilə İran, Rusiya və Əsədə qarşı birləşməsini və Suriyadakı müharibənin bitməsi üçün siyasi müzakirələrin başladılmasını təklif edib. Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik CNN Türk-ə verdiyi açıqlamada "Türkiyənin NATO-nu məlumatlandıracağını bildirib".
"NATO-nu müşavirələrə dəvət edirik. Bunu qatil rejimin beynəlxalq birliyə qarşı etdiyi bir hücum kimi qəbul edirik. Ümumi bir reaksiya verilməsini gözləyirik. Bununla bağlı işlər görürük. Sabah NATO ilə müşavirə prosesləri başlayır. Bundan sonra konkret dəstək gözləyirik," - cənab Çelik deyib.

Xəbər lenti