Sumqayıt şəhid polkovnikini ayaqda qarşılayır - FOTO

Sumqayıt şəhid polkovnikini ayaqda qarşılayır - FOTO
Загрузка...

Sumqayıt da şəhid verib. Azərbaycan ordusunun polkovniki qəhrəmancasına həlak olub. Belə ki, Ağdamda yerləşən hərbi hissənin keçmiş komandiri, polkovnik Raqub Cahangir oğlu Orucov bu gün Tərtər istiqamətində gedən döyüşlərdə ağır yaralanıb.

Gəncə şəhərində hərbi hospitala yerləşdirilsə də, orada dünyasını dəyişib. Mərhumun cənazəsini yaşadığı ünvana - 14-cü məhəlləyə (Şahmat klubunun arxasındakı binaya) gətirəcəklər. Hal-hazırda insanlar şəhidi qarşılamaq üçün bu ünvana toplaşır, ərazidə izdiham yaşanır. Sumqayıt sakinləri qəhrəman oğlunu böyük qürur və iftixar hissi ilə qarşılayır.

Başın sağ olsun, Vətən! Allah rəhmət eləsin.

R.Orucov sabah Sumqayıt şəhərində dəfn olunacaq.  

Criminal.az

Xəbər lenti