Spiker: Gündəlikdən kənar danışsanız mikrofonu söndürəcəm

Spiker: Gündəlikdən kənar danışsanız mikrofonu söndürəcəm
Загрузка...
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib
"Gündəlikdə olan məsələlərdən kənar danışmaq düzgün deyil. Xahiş edirəm ki, bunu nəzərə alasınız. Əks halda mikrofonunuzu söndürəcəm”. Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında spiker Oqtay Əsədov deputatlara belə bir xəbərdarlıq edib. "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini II oxunuşda müzakirəsi zamanı deputatlar təkliflərlə çıxış ediblər. Layihəni təqdim edən komitə sədri Ziyad Səmədzadə birinci oxunuşdan sonra hökumət üzvlərinin iştirakı ilə müzakirə edilib, bir sıra təkliflərin növbəti ilin dövlət büdcəsində baxılmasına qərar verilib.
Deputat Şəmsəddin Hacıyev Ermənistanda orta aylıq əmək haqqının Azərbaycandan yüksək olduğu barədə ötən iclasda Fazil Mustafanın səsləndirdiyi fikirlərə etiraz edib.
Deputat Fazil Mustafa "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib ki, Azərbaycanda orta əmək haqqı dollarla götürsək, 348 dollardır. Bu ilin aprel ayının 1-nə olan məlumata görə bu rəqəm Gürcüstandan 60 dollar, Belarusdan 133 dollar, hətta Ermənistandan 26 dollar azdır. O həmçinin vurğulayıb ki, əmək pensiyaların orta məbləği də Rusiyadan 2 dəfə, Qazaxıstan və Belorusdan 1,5 dəfə aşağıdır. Şəmsəddin Hacıyev deyib ki, hər il Ermənistanı on minlərlə insan tərk edir:
"Orada yoxsulluq, rəzalət var. Belə bir vəziyyətdə hansı rifahdan, yüksək əmək haqqından danışmaq olar? Azərbaycanda ÜDM-in səviyyəsi Ermənistandan 8 min dollar yüksəkdir. Əmək haqqının səviyyəsində gəldikdə, 374 dollar yüksəkdir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın 72 faizini, Ermənistan isə 12 faizini təşkil edir”.
Deputat Rauf Əliyev seçicilərinin müraciəti əsasında binaların giriş hissələrinin təmir olunması ilə bağlı məsələ qaldırıb: "Hər bir səyyar görüşdə camaat bu məsələni qaldırır. Mən fürsətdən istifadə edirəm, nazirlərimiz də burdadır. Xahiş edirəm ki, bu məsələ ilə əlaqədar tədqiqat aparılsın, növbəti illərdə bu məsələlərin həlli istiqamətində addım atılsın”.
Spiker Oqtay Əsədov deputatlara xatırladıb ki, gündıəlikdəki məsələ büdcənin qəbulu ilə deyil, icrası ilə bağlı məsələdir, ona görə də bu cür təklifləri səsləndirməyə ehtiyac yoxdur. Müzakirələrdən sonra "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi II oxunuşda qəbul olunub.
Ötən il büdcənin gəlirləri 22 508 869,7 min manat, xərcləri isə 22 731 644,5 min manat olmaqla təsdiq edilib. Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub. İclasda digər məsələlər də müzakirə edilib.
"Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi I oxunuşda təqdim edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, elə təəssürat yaranmamalıdır ki, vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək təqdim edəcəkləri qanun layihəsi onların istədikləri formada olmalıdır.
"Bu, mümkün deyil. "Normativ hüquqi aktlar haqqında” qanunun tələbləri var və ona riayət edilməlidir”. Layihədə qeyd olunub ki, Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihəsini Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına mənsubdur. Layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olanən azı 300 nəfər Azərbaycan vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradılır. Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər.Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir. Təşəbbüs qrupunun ilk iclasında onun yaradılması barədə qərar qəbul olunur, təşəbbüs qrupunun sədri və ən azı iki sədr müavini, həmçinin seçki dairələri üzrə koordinatorlar seçilir və təklif olunan layihənin mətni təsdiq olunur. Təşəbbüs qrupunun yaradılması, onun sədrinin və müavinlərinin, həmçinin seçki dairələri üzrə koordinatorlarının seçilməsi barədə iclas protokolu iclasın sədri və katibi tərəfindən imlazanır və iclasda iştirak edən vətəndaşların siyahısı protokola əlavə olunur. Təşəbbüs qrupunun iclasında iştirak edən vərəndaşların siyahısında onların soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixiqeyd olunur. Siyahıda qeyd edilən hər bir vətəndaş özünə aid məlumatları imzası ilə təsdiq edir. Təşəbbüs qrupu onun yaradıldığı gündən bir ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edir.
"Əhalinin sağlamlığının qorunması haqqında" Qanununda dəyişiklik edilməsi haqqında qanunun səsverməsi zamanı Milli Məclisin sədri növbəti dəfə səsvermədə iştirak etmədikləri üçün deputatlara irad bildirib: "100 nəfər oturub 78 nəfər səs verir. Bu nə deməkdir?!”
Загрузка...
Загрузка...

Xəbər lenti