Sovetski sakinləri söküntü komissiyası qarşısına toplaşdı, üzvləri nazirliyə qaçdı Sovetski sakinləri söküntü komissiyası qarşısına toplaşdı, üzvləri nazirliyə qaçdı

Sovetski sakinləri söküntü komissiyası qarşısına toplaşdı, üzvləri nazirliyə qaçdı
Загрузка...
Bu dəqiqələrdə bir qrup Sovetski sakini İnşaatçılar prospekti 28B ünvanında yerləşən Maliyyə Nazirliyinin təşkil etdiyi söküntü komissiyasının qarşısına toplaşıb. Həmin şikayətçilərin Criminal.az-a verdiyi məlumata görə, komissiyanın üzvləri fəaliyyət göstərdikləri ofisin qapısı bağlayaraq Maliyyə Nazirliyinə qaçıblar. Şikayətçilər artıq dəstə-dəstə toplaşaraq Prezident Administrasiyasına gedirlər. 

Şikayətçilər deyir ki, ölkə başçısının təsdiqlədiyi fəaliyyət planına görə, hər bir Sovetski sakininə kvadrtametr üçün 1500 manat pul ödənməli idi. Lakin bura toplaşanları məcbur ediblər ki, 750-800 manat pulla razılaşsınlar. Az məbləğlə razılaşdırılmaq  üçün sakinlərə müxtəlif bəhanələr gətiriblər. Sakinlər işıqları kəsildiyindən həmin pulu götürmək məcburiyyətində qalıblar, lakin 1500 manat ödənilməsində israr edirlər. 




Загрузка...
Загрузка...

Xəbər lenti